1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
DÇ-2014: Dünya çempionatında möhtəşəm finiş - YENİLƏNDİ
Azərbaycan güləşçiləri Özbəkistanın paytaxtı Daşkənddə keçirilən dünya çempionatında çıxışlarını başa vurublar. Sportnet.az-ın məlumatına görə, çempionatın son günündə 59, 71 və 98 kq çəki dərəcəsində yunan-Roma güləşçiləri yarışıb.
71 kq çəki dərəcəsində Rəsul Çunayev ilk görüşdə Yaponiya idmançısı Noritomo Eto üzərində inamlı qələbə qazanıb. Ardınca ABŞ təmsilçisi Castin Lesterlə gərgin keçən görüşü qalib başa vurub. Türkiyə idmançısı Yunus Özellə görüşdən məğlub ayrılan Çunayev rəqibin finala yüksəlməsi ilə təsəlliverici görüşə qatılıb. Rumıniya güləşçisi İonel Puskasu üzərində qələbə güləşçimizə bürünc medal şansı verib. Həlledici görüşdə təmsilçimiz erməni Varşam Boranyanla qarşılaşıb. 23 saniyə davam edən görüşdə güləşçimiz tam üstünlüklə qalib gəlib və dünya çempionatının bürünc medalına sahib olub. O, qələbəni əsgər kimi addımlamaqla və hərbi salam verməklə qeyd edib.
59 kq
1/16 final - Taleh Məmmədov - Yasin Ozay (FRA) 3:2
1/8 final - Taleh Məmmədov - Deniz Menekse (GER) 6:3
1/4 final - Taleh Məmmədov - Həmid Sorian (İRİ) 0:3
Təsəlliverici görüş - İsmael Borrero (CUB) - Taleh Məmmədov 4:2
71 kq
1/16 final - Rəsul Çunayev - Noritomo Eto (JPN) 8:0
1/8 final - Rəsul Çunayev - Castin Lester (USA) 9:7
1/4 final - Rəsul Çunayev - Yunus Özel (TUR) 1:4
Təsəlliverici görüş - Rəsul Çunayev - İonel Puskasu (ROU) 9:1
Bürünc medal görüşü - Rəsul Çunayev - Varşam Boranyan (ARM) 11:0
98 kq
1/16 final - Cenk İldem (TUR) - Şalva Qadabadze 2:0
Qeyd edək ki, yunan-Roma yarışlarının ilk günündə Saman Təhmasibi gümüş və Elvin Mürsəliyev bürünc medal qazanıb. Həsən Əliyev isə çempionatı beşinci sırada tamamlayıb.