"Bakı"nın hücumçusu Nurlan Novruzovun Sportnet.az-a müsahibəsi
- "Sumqayıt"a 1:2 hesabı ilə uduzdunuz. Oyunu necə dəyərləndirərdin?
- Meydana qələbə üçün çıxmışdıq. Amma təəssüf ki, alınmadı. İstədiyimiz qələbəyə nail ola bilmədik.
- Matç başlayan kimi qol vursan da, qələbəni qoruya bilmədiniz. Səbəbini nədə görürsən?
- Əlimizə düşən fürsətləri dəyərləndirməliyik ki, 3 xalı alaq. Yoxsa çətin olacaq.
- Maddi problemlər oyununuza, xüsusən motivasiyanıza necə təsir etdi?
-Vallah, maddi problemlərin şəxsən mənim oyunuma heç təsiri yoxdur. Düzdür, komandamızdakı bəzi oyunçuların məşqə gəlməyə yol pulu da olmur. Buna baxmayaraq, meydanda hər şey yaddan çıxmalıdır.
- Hazırkı "Bakı" indiki səviyyəndən aşağı klub deyil?
- Bu, bir az ağır sual oldu. Amma hədəfim öz oyunumu göstərib başqa komandaların maraq dairəsinə düşməkdir.
- Bəs "Bakı"da vəziyyət düzəlsə, necə?
- Vəziyyətin qaydasına düşməsi ən böyük arzumdur. Hər şey düzəlsə, sevə-sevə qalaram.
- Səncə, "Bakı" belə vəziyyətlə heç olmasa mövsümü yarılaya bilər?
- Fikrimcə, hər şey yaxşı olacaq.
- Keçmiş klubun "Sumqayıt" necə təsir bağışladı?
- Onların adına çox sevinirem. Hər halda 6 ay o klubun çöreyini yemişəm.
- Bəs "Sumqayıt" birinci pilləyə layiqdir?
- Məncə, hər şey 4-5 turdan sonra görünəcək. "Sumqayıt" şanslı komandadır.