Özbəkistanın paytaxtı Daşkənddə keçirilmiş dünya çempionatında 71 kq çəki dərəcəsi üzrə bürünc medal uğrunda görüşdə Azərbaycan yunan-Roma güləşçisi Rəsul Çunayevə 23 saniyəyə uduzan erməni Varşam Boranyanın biabırçı məğlubiyyətinə bəhanə tapılıb. Sportnet.az-ın məlumatına görə, Ermənistan tərəfi bunu Boranyanın yarımfinalda türkiyəli Yunus Özəllə görüş zamanı zədələndiyini iddia edib.
Guya elə bu səbəbindən o, görüşü başa çatdıra bilməyib. Amma necə olubsa, "zədəli" Boranyan Çunayevlə bürünc medal görüşünə çıxmağa özündə güc tapıb. Güləşçimiz isə onun halına acımadan qısa müddətdə işini bitirib.
Qeyd edək ki, Rəsul Çunayev Varşam Boranyan üzərində qələbədən sonra xalça üzərində bir neçə addım atdıqdan sonra hərbi salam verib.
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |