
FİFA dünya yığmalarının növbəti reytinq siyahısını açıqlayıb. Sportnet.az-ın məlumatına görə, Azərbaycan milli komandası son 3 oyundakı zəif nəticələrinin ardından 22 pillə geriləyib.
Hazırda 344 xala malik komandamız 95-ci mövqedə qərarlaşıb.