
Bu gün Topaz Premyer Liqasında VI tura start veriləcək. Sportnet.az-ın məlumatına görə, açılış oyununda paytaxtın "İnter" və "Bakı" komandaları üz-üzə gələcək.
Əvvəllər bu komandalar arasındakı oyunlar prinsipiallığı ilə seçilib. Amma hazırda turnir cədvəlinin 2-ci pilləsində qərarlaşan "bankirlər"in son pillədəki rəqibinə asanlıqla qalib gələcəyi gözlənilir. Buna "zolaqlılar"ın cari mövsümə uğursuz startı səbəb göstərilir. Kaxaber Tsxadadzenin rəhbərlik etdiyi komanda geridə qalan 5 turda 4 qələbə, 1 məğlubiyyət alıbsa, "Bakı"da vəziyyət acınacaqlıdır. Heyətində əsasən gənc yerlilərin oynadığı kollektiv cari mövsüm hələlik qalibiyyət üzünə həsrət qalan yeganə komandadır. Yalnız bir oyunda heç-heçə edən baş məşqçi İbrahim Uzuncanın komandası qalan 3 matçda meydanı başıaşağı tərk edib.
Klubun vitse-prezidenti Yaşar Seyidov saytımıza açıqlamasında ilk qələbələrini qazanmağa çalışacaqlarını desə də, bunun çox çətin olacağı indidən məlumdur. Hər halda "Bakı"nın bu gün "cari mövsüm qalib gələ bilməyən yeganə klub" adını saxlayıb-saxlamayacağını iddialı "İnter"lə oyunda görəcəyik.
19 sentyabr (cümə)
19:00. "İnter” – "Bakı” - 7:0
Qollar: Franko Nildo, 10; 19. Arif Daşdəmirov, 30. Baçana Tsxadadze, 44; 48. Coşqun Diniyev, 73. Nizami Hacıyev, 86
Hakimlər: Rauf Cabbarov, İsgəndər Əliyev, Akif Əmirəli, Ziya Nəsirov
AFFA nümayəndəsi: Nüvər Xasıyev
Hakim-inspektor: Məhəmməd Məmmədov
"İnter Arena”
|
"İnter”
25. Səlahət Ağayev (k)
3. Laşa Salukvadze
5. Aleksandr Amisulaşvili
11. Asif Məmmədov
12. Junior Nildo
21. Arif Daşdəmirov
28. Baçana Sxadadze
33. Matiya Şpiçiç
80. Nizami Hacıyev
88. Derlis Meza Kolli
91. Coşqun Diniyev
Ehtiyat oyunçular:
1. Giorgi Lomaya
6. Slavço Georgiyevski
7. Abdulla Abatsıyev
10. Elvin Məmmədov
15. Yohan Bokanyano
17. Məhəmməd Mirzəbəyov
27. Dieqo Madriqal
Baş məşqçi: Kaxaber Sxadadze |
|
|
"Bakı”
1. Aqil Məmmədov (k)
6. Vüqar Bəybalayev
21. Elşad Manafov
3. Yure Travner
37. Mikayıl Rəhimov
19. Elton Hüseynov
22. Risto Ristoviç
7. Nuran Qurbanov
8. Lukas Mario Horvat
18. Əziz Quliyev
10. Nurlan Novruzov
Ehtiyat oyunçular:
12. Elxan Əhmədov
30. Cəmşid Məhərrəmov
16. Rövşən Əmiraslanov
5. Georgios Palagios
11. Tural Qürbətov
20. Valeh Seyidov
4. Ülvi Süleymanov
Baş məşqçi: İbrahim Uzunca |
|
|
|
|
|
|
|