Onun bərpasına 3 ayadək vaxt lazım gələcək. Bu isə 31 yaşlı oyunçunun Avropa Liqasının qrup mərhələsində meydana çıxmayacağı anlamına gəlir. "Dnepr"in F qrupunda rəqibləri İtaliya "İnter"i və Fransa "Sent Etyen"i və "Qarabağ"dır. Azərbaycan təmsilçisi ilə ilk oyun oktyabrın 23-də Kiyevdə, təkrar qarşılaşma isə noyabrın 6-da Bakıda olacaq.
Qeyd edək ki, daha öncə hücumçu Yevgeni Seleznyov da zədələnib. Əvəzində Ruslan Rotan və Yevgeni Konoplyanka sıraya dönüb.