"Komandamızda "Qarabağ"a məğlubiyyətdən sonra ruh düşkünlüyü vardı. Amma futbolçularla söhbət edərək, komandanı kökləyə bildiksə, buna sevinirik. Çünki 3 xal bizə vacib idi". Sportnet.az-ın məlumatına görə, bunu Topaz Premyer Liqasının VI turunda "Sumqayıt"ı 1:0 hesabı ilə yenən AZAL-ın baş məşqçisi Tərlan Əhmədov deyib.
O, komandasının hücum xəttindəki problemlərdən şikayətlənib: "İlk yarıda qol imkanlarından istifadə etsəydik, böyük hesabla qalib gələ bilərdik. Yenə də hücum xəttində problemimiz var. Cinahları qoşa bilmirik. Tomi Kostadinovu gələn oyuna hazırlamaq fikrindəyik".
Qarşıda "İnter"lə ağır oyunun olduğunu deyən Əhmədov əksər matçlarını böyük hesabla başa vuran "bankirlər"lə matçda darmadağını faciə saymayacağını vurğulayıb: "Futbolda və həyatdakı itkini faciə saymıram. Mənim üçün bir faciə var: O da "Qarabağ" itkisidir. Futbolda hər cür nəticə olur. "İnter"in bizə 5 qol vurma ehtimalını isə belə itki adlandıra bilmərəm. Biz yenə 3 xal üçün vuruşacağıq".
Oyundan öncə "Sumqayıt"a məğlub olacağı təqdirdə, 43 yaşlı mütəxəssisin AZAL-dan göndəriləcəyi barədə xəbərlər dolaşırdı. Bu xəbərlərə Əhmədovun reaksiyası belə olub: "Futbolçu olduğum vaxt məni bir komandadan o birinə qovmuşdular. Özü də bu, ən çox hörmət etdiyim baş məşqçi idi. Baş məşqçiyiksə, çemodanımız da qapı qarşısında olmalıdır. Məni dəvət edən rəhbərlikdir. "Get" desələr, çemodanımı yığıb gedə bilərəm".
1 | Qarabağ | 20 | 50 |
2 | Araz-Naxçıvan | 20 | 42 |
3 | Zirə | 20 | 36 |
4 | Turan Tovuz | 20 | 35 |
5 | Sabah | 20 | 28 |
6 | Sumqayıt | 20 | 21 |
7 | Neftçi | 20 | 18 |
8 | Şamaxı | 20 | 17 |
9 | Səbail | 20 | 15 |
10 | Kəpəz | 20 | 14 |
Ətraflı |