1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Spartak" da "Xəzər Lənkəran" təcrübəsinə əl atdı
Rusiyanın "Spartak" klubu teleyayımdan imtina etməyi qərara alıb. Sportnet.az-ın məlumatına görə, bu barədə klub prezidenti Leonid Fedun açıqlama verib.
O bildirib ki, oyunları azarkeşlərin gəlişi üçün münasib vaxtda başlamadığından, tribunalar dolmur. Fedunun fikrincə, teleyayım elə vaxta salınmalıdır ki, azarkeşlər də stadiona gələ bilsinlər. Klub prezidenti deyib ki, "Spartak"ın "Terek"lə Premyer Liqadakı son qarşılaşmasının şənbə günü saat 20:00-a salınması azarkeşlərə təhqirdir: "Oyunumuz saat 17:00, maksimum 18:00-da başlamalıdır ki, qurtardıqdan sonra insanların ailələri ilə birgə olmağa vaxtları qalsın. Mən liqa ilə televiziyanın anlaşması qarşılığında yayımdan aldığımın əvəzində daha çox itirirəm. Bunu ona görə mətbuat vasitəsilə deyirəm ki, azarkeşlər bilsinlər: Oyunu belə vaxta biz salmırıq. Stadionda demək olar ki, uşaqlı tamaşaçı yox idi. Bu barədə rəsmi müraciət də edəcəyəm. Oyunlarımızı münasib vaxta salmasalar, yayımdan imtina etməyə hazıram".
Qeyd edək ki, teletranslyasiyanın azarkeşlərin tribunada oyunları izləyə bilmələri üçün əlverişli vaxta salınmaması üzündən "Xəzər Lənkəran" da canlı yayımdan imtina edib.