İngiltərənin "Mançester Yunayted" klubunun futbol məktəbinin Bakıda açılması futbol adına böyük hadisədir". Sportnet.az-ın məlumatına görə, bunu Bakıda səfərdə olan klubun sabiq futbolçusu Mikael Silvestr deyib.
Fransalı keçmiş müdafiəçi bildirib ki, Azərbaycanda yaxın illərdə böyük futbol tədbirləri olacaq. O, klubun məktəbinə seçilən hazırkı uşaqların qarşıdakı turnirlərdə oynaya biləcəklərini söyləyib: "Hər birimizin fikrincə, Azərbaycan inkişaf edir və bu uşaqlar bu inkişafda xüsusi yer tutacaqlar. Meydanda qalib olacaqsınızsa, başqa sahələrdə də qalib olacaqsınız. Çox istedadlı olduğunuzu eşitmişəm və məşqlər zamanı görmək istəyirəm".
Məşhur veteran futbolçu ölkəmiz barədə elə də məlumata malik olmadığını da büruzə verib: "Bakıya dünən gəlmişəm. Hava limanından Bakıyadək binalar üzərindəki işıqları, eləcə də yeni tikilən stadionu gördüm. Amma "Arsenal"ın canlı əfsanəsi Toni Adamsın "Qəbələ"də çalışmasından xəbərsizəm".
Silvestre "Mançester Yunayted"in mövsümə zəif başlamasına da münasibət bildirib: "Bu, zamanla bağlı məsələdir. Yayda komandanın inkişafına böyük investisiya qoyulub və yaxın vaxtlarda xeyrini verəcəyinə inanıram".
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |