
"2020-ci il futbol üzrə Avropa çempionatının 4 oyununun Bakıya həvalə edilməsi münasibətilə hamınızı təbrik edirəm". Sportnet.az-ın məlumatına görə, bunu gənclər və idman naziri Azad Rəhimov deyib.
O bildirib ki, bu, böyük qələbədir və bütün futbolsevərləri sevindirib. Eyni zamanda, naziri fikrincə, AVRO-2020-nin Bakıya həvalə olunması həm də böyük etimaddır. Yeni tikilən stadionda 70 minədək tamaşaçı yığıla bilər. Vacib məsələ odur ki, yığmamız da vəsiqə qazansın. Əsas vəzifə bundan ibarətdir. İnanıram ki, buna nail olacaqlar".
Qeyd edək ki, AVRO-2020-nin qrup oyunlarından 3-ü və 1/4 final matçlarından 1-i Bakıda təşkil olunacaq.