Xorvatiya milli komandasının Avropa çempionatının seçmə mərhələsində
Bolqarıstan və Azərbaycan milli komandalarına qarşı mübarizə aparacaq heyət bəlli
olub. Sportnet.az-ın Xorvatiya Futbol Federasiyasının rəsmi "Twitter" səhifəsinə istinadən
verdiyi məlumata görə, baş məşqçisi Niko Kovaç 25 futbolçuya dəvət göndərib.
Onun yığmaya cəlb etdiyi
futbolçularında 8-i yerli çempionatda, qalanları Avropanın aparıcı klublarında çıxış edir.
Qapıçılar: Daniyel Subaşiç ("Monako” , Fransa), Lovre Kaliniç ("Hayduk”), İvan Vargiç ("Riyeka”)
Müdafiəçilər: Dario Srna ("Şaxtyor”, Ukrayna), Vedran Çorluka ("Lokomotiv”, Rusiya), Dejan Lovren ("Liverpul”, İngiltərə), İvan Striniç ("Dnepr”, Ukrayna), Şime Vrsaljko ("Sassuolo”, İtaliya), Domaqoy Vida ("Dinamo”, Ukrayna), Marko Leşkoviç ("Riyeka”), Hrvoje Miliç ("Rostov”, Rusiya), İvan Tomeçak ("Riyeka”)
Yarımmüdafiəçilər: Luka Modriç ("Real”, İspaniya), İvan Rakitiç ("Barselona”, İspaniya), Mateo Kovaçiç ("İnter”, İtaliya), Marselo Brozoviç ("Dinamo”), Daniyel Pranyiç ("Panatinaikos”, Yunanıstan), Domaqoy Antoliç ("Dinamo”), Alen Haliloviç ("Barselona B”, İspaniya), İvan Perişiç ("Volfsburq”, Almaniya)
Hücumçular: Mario Mandjukiç ("Atletiko”, İspaniya), İvitsa
Oliç ("Volfsburq”, Almaniya), Nikitsa Yelaviç ("Hall Siti”, ingiltərə), Andrey
Kramariç ("Riyeka”), Duje Çop ("Dinamo”).
Qeyd edək ki, Xorvatiya Bolqarıstanla oktyabrın 10-da səfərdə, Azərbaycanla isə oktyabrın 13-də - evdə üz-üzə gələcək.