Türkiyə Superliqasında 4-cü tura "Qalatasaray" - "Sivasspor" matçı ilə start verilib. Sportnet.az-ın məlumatına görə, oyun meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb.
"Sarı-qırmızılar"ın qollarını 19-cu dəqiqədə Orelyen Şedju və 32-ci dəqiqədə penaltidən Burak Yılmaz vurub. "Sivasspor"dan isə 70-ci dəqiqədə Makoley Xrisantus fərqlənib. Qonaq komandada Azərbaycan millisinin futbolçusu Cihan Özkara "18-lik"də olsa da, meydana buraxılmayıb.
Bu qələbə sayəsində xallarını 7-yə çatdıran "Qalatasaray" 4-cü pilləyə yüksəlib. Hələ qələbəyə həsrət qalan "Sivasspor" isə 2 xalla 16-cıdır.