O bildirib ki, ilk yarıda üstünlük komandasının tərəfində olsa da, penalti qərarı hər şeyi dəyişib: "Məncə, "Qarabağ”a belə penalti lazım deyil. Oyunun ədalətli nəticəsi heç-heçə olardı. Qoldan sonra "Qarabağ” bizi əks hücumlarda yaxaladı. Üç qoldan ikisində hakim səhvləri aşkar görünürdü. Çatışmazlıqlarımız var. Bunları aradan qaldırmalıyıq".
Əsədov çempionatda yaranan 3 həftəlik fasilə müddətində aparıcı futbolçuların milliyə dəvət almaları üzündən tam heyətlə hazırlıq keçə bilməyəcəklərindən təəssüfünü də gizlətməyib.