
"Bir həftədir ki, bu oyuna hazırlaşırdıq. Ötən oyunda "İnter”ə böyük hesabla məğlub olmuşduq. Amma həmin məğlubiyyətdən sonra biz biri-birimizə dəstək olduq". Sportnet.az-ın məlumatına görə, bunu "Bakı"nın baş məşqçisi İbrahim Uzunca "Araz Naxçıvan"ı 2:1 hesabı ilə yendikləri oyundan sonra deyib.
O, mövsümdə ilk qələbəni klub rəhbərliyinə həsr etdiklərini bildirib: Bu gün biz tam üstün oynadıq və qələbə qazandıq. Sıxıntılı günlərdə mübarizədən qopmayan futbolçularımızın alnından öpürəm. Qələbəni klub rəhbərliyinə həsr edirik”.