"7-ci oyunumuzu keçirdik. Bu müddət ərzində problemlərimiz eynidir. Yaxşı hücumlar qurur, oyuna nəzarət edirik. Amma çox adi bir epizodda qol buraxırıq". Sportnet.az-ın məlumatına görə, bunu Topaz Premyer Liqasının VII turunda "Qəbələ" ilə 1:1 hesablı heç-heçə ilə bitən səfər matçından sonra "Xəzər Lənkəran”ın baş məşqçisi Oğuz Çətin deyib.
O, bəzi futbolçularının potensiallarından aşağı səviyyədə çıxış etdiklərini bildirib: "Mən futbolçularımdan razı qaldım. Komanda məğlub duruma düşsə də, sonradan toparlandı, qol vurdu. 2 xal itirdiyimiz üçün narahatam. Bunun fonunda mübarizədən qopmayan oyunçularımı təbrik edirəm. Konkret olaraq, ad çəkmək istəmirəm. Lakin məlumdur ki, heyətdə yer alan bəzi futbolçular öz potensialından aşağı səviyyədə çıxış etdilər".
Çətin oyun baxımından da çatışmazlıqların olduğunu da açıqlayıb: "Düşünürəm ki, milli üzvləri bu fasilədən sonra özlərini daha yaxşı tərəfdən göstərəcəklər. Xüsusən də, qol nöqtələrində daha bacarıqlı olmalıyıq. Oyunçuların mübarizəsindən razıyam, sadəcə oyun baxımından çatışmazlıqlarımız var”.