
"Qəbələ"nin baş məşqçisi Dorinel Muntyanu Azərbaycan millisinin təlim-məşq toplantısı və AVRO-2016-nın seçmə qrup matçları ilə əlaqədar Topaz Premyer Liqasında 3 həftəlik fasilənin yaranmasına kəskin etiraz edib. Sportnet.az-ın məlumatına görə, rumıniyalı mütəxəssis bunu mənfi hal adlandırıb.
O deyib: "Çempionatda 3 həftəlik fasilə yaranması həqiqətən də mənfi haldır. Belə təcrübəyə dünyanın heç bir yerində rast gəlmək olmaz. Bəzi ölkələrdə heç qış fasiləsində 3 həftə fasilə olmur. O ki qala çempionatın gedişində”.
Qeyd edək ki, Azərbaycan millisi oktyabrın 3-də Almaniyaya 6 günlük təlim-məşq toplantısına yollanacaq. Hazırlıq prosesinin ardından yığmamız oktyabrın 10-da İtaliya, oktyabrın 13-də Xorvatiya ilə seçmə matçlarda qarşılaşacaq.