
Azərbaycan milli komandasının kapitanı Rəşad Sadıqov İtaliya və Xorvatiya yığmaları ilə AVRO-2016-nın seçmə qrup matçlarını buraxa bilər. Bu barədə Sportnet.az-a millimizin məşqçisi Mahmud Qurbanov məlumat verib.
Onun sözlərinə görə, təcrübəli müdafiəçinin adı komandamıza dəvətli futbolçular arasında yoxdur. Onun durumuna həkim müayinəsindən sonra aydınlıq gələcək. Hazırda Sadıqov fərdi məşqlərlə kifayətlənir. Bu gün o, Tofiq Bəhramov adına Respublika stadionunda qısamüddətli qaçışdan sonra "Qarabağ"la birgə İtaliyaya yollanıb. Futbolçunun "İnter"lə səfər matçında meydana çıxması da real deyil. M.Qurbanov bildirib ki, Sadıqovla bağlı qərar məhz həkim rəyindən asılı olacaq.
Qeyd edək ki, Azərbaycan millisi oktyabrın 10-da İtaliyanın, oktyabrın 13-də isə Xorvatiyanın qonağı olacaq.