"Bakı" klubu keçmiş futbolçusu Jabanı geri qaytaracaq. Bu barədə Sportnet.az-a klubun vitse-prezidenti Yaşar Seyidov məlumat verib.
Onun sözlərinə görə, braziliyalı hücumçu yaxın bir həftə ərzində paytaxtımıza gələrək, 1 illik müqaviləyə imza atacaq. 33 yaşlı hücumçu "zolaqlılar"a azad agent qismində keçəcək. Seyidov bildirib ki, hazırda Braziliyada olan Jaba komandaya kömək məqsədilə çağırılıb. "Sambaçı" tezliklə Türkiyənin paytaxtı Ankaraya uçacaq və Azərbaycana viza aldıqdan sonra Bakıya təşrif buyuracaq.
Qeyd edək ki, Silvino Joao de Karvalyo 2009-cu ilin yayından 2012-ci ilin fevralınadək "Bakı"da çıxış edib. O, 60 oyuna 17 qol vurub. Jabanın son klubu isə Braziliyanın aşağı liqasında mübarizə aparan "Yuventus" olub.
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |