"Neftçi”nin eks-idman direktoru Güloğlan Cabbarov PFL rəsmilərini tənqid
atəşini tutub. Sportnet.az-ın məlumatına görə, son olaraq "flaqman”da
hüquqşünas kimi çalışmış Cabbarov Ramin Musayev və Xəqani Məmmədovu saxtakar
adlandırıb.
Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidenti şəxsi "Facebook” profilində bunları paylaşıb: "Mən də düşmüşəm Azərbaycan futbolunda haqq-ədalət axtarıram. Tərlan Əhmədovun bir sözü yadıma düşdü. O, mənə demişdi: "Hacı, bu futbol elədir ki, şərəfli adamı şərəfsiz edir. Nə qoyub, nə axtarırsan?”. Raminlər, Xəqanilər olan yerdə nə haqq, nə ədalətdən söhbət gedə bilər. Hələ gedin bunların keçmişini araşdırın, görün bunlar kimdir? Futbola yağlı tikə kimi baxırlar, qaz vurub, qazan doldururlar bunlar. Nəylərinə lazım şəffaf futbolu? Bunlara pul olsun, pul”.