"Neftçi” klubu heyətinə yeni qapıçı cəlb edib. Bu barədə Sportnet.az-a klubun baş məşqçisi Arif Əsədov məlumat verib.
Əsədov bildirib ki, Ukraynanın "Dinamo" (Kiyev) klubunun gənclərdən ibarət komandasının üzvü Maksim Vaylo ilə artıq müqavilə imzalanıb: "Mən 3 həftə olar komandaya gəlmişəm. Maksim ilk gündən heyətdə idi. Sadəcə, onu yoxlayırdıq. Qapıçılar üzrə məşqçimiz onunla məşğul olurdu. Vaylonun ustalığı, performansı ilə tanış olduqdan sonra komandaya cəlb etdik. Çempionat davam etdiyi üçün adını sifariş ərizəsinə daxil edə bilmirik. Ancaq oynaması özünü millidə necə göstərməsindən asılı olacaq".
Qeyd edək ki, Maksim Vaylo Azərbaycanın 21 yaşadək futbolçularından ibarət milli komandasının oktyabrın 4-dən 14-dək Almaniyanın Frankfurt şəhərində keçiriləcək təlim-məşq toplanışına yollanacaq.
Qeyd edək ki, Maksim Vaylo Azərbaycanın 21 yaşadək futbolçularından ibarət milli komandasının oktyabrın 4-dən 14-dək Almaniyanın Frankfurt şəhərində keçiriləcək təlim-məşq toplanışına yollanacaq.