
Hər iki oyunda "Bakı”nın 5 futbolçusuna sarı vərəqə göstərilib. Əsas komandaların qarşılaşmasındakı xəbərdarlıqlar kluba 1000 manat, əvəzedicilərdəki xəbərdarlıqlar isə 500 manat cərimə bahasına başa gəlib. Üstəlik, əvəzedicilərin görüşünün 78-ci dəqiqəsində "Bakı”nın futbolçusu Ülvi Quliyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klub 100 manat cərimə olunub.