"Azərbaycanda rentabelli klub formalaşdırmaq mümkündür". Bunu Sportnet.az-a Bakı "İnter"inin prezidenti Georgi Nikolov deyib.
Nikolov gəlirli klub formalaşdırmağın yollarını da açıqlayıb: "Bu və ya digər futbolçuların transfer məbləğindən oğurluq etməsək, onlar normal qiymətə gəlsələr, öz məhsulumuzu Amerika, Asiya və ya Avropa bazarına çıxarsaq, həddən artıq əmək haqqı verməyi dayandırsaq, təkcə sponsor dəstəyi deyil, əlavə maliyyə mənbələri, marketinq imkanları tapsaq, hər bir klub öz biznesini inkişaf etdirsə, rentabelli olarıq. Mən sizə təminat verirəm".
"İnter"in prezidenti bildirib ki, bununla digər klublardakı həmkarlarını tənqid etmək fikrində deyil: "Bütün klub rəhbərləri öz imkanları daxilində çalışır, futbolu idarə və inkişaf etdirirlər. Amma bir az da düzgün istiqamətdə güclənmək lazımdır və bu da heç kimə mane olmaz".
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |