
O, matçın 59-cu dəqiqəsində Riçard Almeydanın əvəzinə oyuna daxil olub. 88-ci dəqiqədə Emeqara komandasına penalti qazandırıb. Lakin "Qəbələ" futbolçuları baş hakim Rəhim Həsənovun qərarını etirazla qarşılayıblar. Həsənov qərarını dəyişməsə də, Reynaldonu penaltini iki dəfə yerinə yetirməyə məcbur edib. Hər iki halda braziliyalı hücumçunun zərbəsi dəqiq olub. Bununla da "Qarabağ" görüşü inamlı qələbə ilə başa vurub - 2:0.