
Bu gün Topaz Premyer Liqasında IX tura start veriləcək. Sportnet.az-ın məlumatına görə, ilk oyun günündə bir qarşılaşma keçiriləcək.
"Qəbələ" öz meydanında "Sumqayıt"ı qəbul edəcək. Sabiq FİFA referisi Vüsal Əliyevin idarə edəcəyi oyun 17:00-da start götürəcək.
Bu klublar tarixləri ərzində 8 dəfə üz-üzə gəliblər. Qarşılaşmalardan 7-də Qəbələ təmsilçisi, cəmi bir oyunda isə "Sumqayıt" qələbəni bayram edib. Son 3 oyunda rəqibinə qalib gələn "Qəbələ” 8 qarşılaşmadan yalnız birində xal itirib. "Sumqayıt” səfərdə keçirdiyi matçlarda xal qazana bilməyib.
Qeyd edək ki, turun digər oyunları şənbə və bazar günü keçiriləcək.
Topaz Premyer Liqası, IX tur
24 oktyabr (cümə)
"Qəbələ” – "Sumqayıt” 3:1
Qol: Cavid Hüseynov, 79. Pavol Farkaş, 88.
Ekiqo Ehiosun, 90+3 - Ramazan Abbasov, 41
"Qəbələ”
1. Kamran Ağayev (k)
4. Elvin Camalov
8. Vidal Kunya Markus
9. Viktor Mendi
10. Dodo
14. Cavid Hüseynov
16. Ruslan Tağızadə
25. Adrian Ropotan
26. Pavol Farkaş
44. Rafael Santos
88. Müşfiq Teymurov
Ehtiyat oyunçular:
30. Anar Nəzirov
5. Sadiq Quliyev
11. Andrei Kristea
12. Aleksandru Benqa
15. Ruslan Abışov
21. Yazalde Pinto
90. Ekiqo Ehiosun
Baş məşqçi: Dorinel Munteanu
"Sumqayıt”
1. Andrey Popoviç
2. Slavik Alxasov
3. Vurğun Hüseynov
7. Ruslan Poladov (k)
9. Orxan Əliyev
10. Tərzin Cahangirov
14. Məhəmməd Qurbanov
15. Nodar Məmmədov
17. Ramazan Abbasov
18. Aleksandr Çertoqanov
22. Tofiq Mikayılov
Ehtiyat oyunçular:
63. Şahruddin Məhəmmədəliyev
5. Cəmil Hacıyev
6. Tagim Novruzov
11. Kiyan Sultanpur
45. Murad Ağayev
77. Təvəkkül Məmmədov
86. Fərid Quliyev
Baş məşqçi: Aqil Məmmədov
Hakimlər: Vüsal Əliyev, Munis Abdullayev, Rəvan Həmzəzadə, Ömər Paşayev
Qəbələ şəhər stadionu, 17:00
25 oktyabr (şənbə)
"Simurq” – "Araz Naxçıvan”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Mahir Məmmədov
Zaqatala şəhər stadionu, 18:00
AZAL – "Bakı”
Hakimlər: Elvin Əsgərov, Elşən Acalov, Rahil Ramazanov, Rəhim Həsənov
"AZAL Arena”, 17:00
26 oktyabr (bazar)
"Qarabağ” – "Xəzər Lənkəran”
Hakimlər: Ramil Diniyev, Mübariz Haşımov, Mehman Mahmudov, Xəlil Hüseynli
Tofiq Bəhramov adına Respublika stadionu, 18:00
"Neftçi” – "İnter”
Hakimlər: Fariz Yusifov, Namiq Hüseynov, Azər Əsgərov, Teymur Fərhadov
"Bakcell Arena", 16:00.