Topaz Premyer Liqasında IX turun "Qəbələ" - "Sumqayıt" matçında insident baş verib. Sportnet.az-ın məlumatına görə, 42-ci dəqiqədə Ramazan Abbasovla Adrian Ropotan ikili mübarizədən sonra kəllə-kəlləyə gəliblər.
Ropotan bu zaman Abbasova kəllə vurub. "Sumqayıt"ın futbolçusu başını tutsa da, simulyasiyaya əl atmayıb. Araya digər futbolçular giriblər. Baş hakim Vüsal Əliyev barışdırıcı mövqe tutub. Bu zaman daha təcrübəli Ropotan Abbasova yaxınlaşaraq, onu qucaqlayıb. Bununla da insident qısa müddətdə aradan qaldırılıb.
Qeyd edək ki, ilk yarıdan sonra "Sumqayıt" 1:0 hesabı ilə öndədir. Qolu isə məhz Ramazan Abbasov vurub.
1 | Qarabağ | 20 | 50 |
2 | Araz-Naxçıvan | 20 | 42 |
3 | Zirə | 20 | 36 |
4 | Turan Tovuz | 20 | 35 |
5 | Sabah | 20 | 28 |
6 | Sumqayıt | 20 | 21 |
7 | Neftçi | 20 | 18 |
8 | Şamaxı | 20 | 17 |
9 | Səbail | 20 | 15 |
10 | Kəpəz | 20 | 14 |
Ətraflı |