Yığma komandaların seçmə mərhələ oyunları zamanı çempionatda yaranmış fasilə
iləəlaqədaryenidən "Bakı" klubuna
qayıdan Jaba sabah ilk oyununa çıxacaq. Bunu Sportnet.az-a açıqlamasında
"zolaqlılar"ın baş məşqçisi İbrahim Uzunca deyib.
52 yaşlı
mütəxəssis AZAL-la qarşılaşmada braziliyalı hücumçuya şans verəcəyini bildirib:
"Jabanın sənədləri gəldiyi üçün artıq heç bir problem qalmadı. Onun
komandaya qayıtması çox sevindiricidir. Həm AZAL-la, həm də ondan sonrakı görüşlərdə
onun təcrübəsindən istifadə edəcəyik. Ümid edirəm ki, Jaba komandamızın hücum
xəttini gücləndirəcək və qol problemimiz olmayacaq".
Qeyd edək ki, oyun sabah "AZAL Arena"da keçiriləcək və saat 17:00-da başlayacaq.