Topaz Premyer Liqasında X turun hakim təyinatları açıqlanıb. Sportnet.az-ın məlumatına görə, sabah baş tutacaq qarşılaşmalara ötən tur "Sumqayıt" - "Qəbələ" matçındakı idarəçiliyi ilə qonaqların narazılığına səbəb olan keçmiş FİFA referisi Vüsal Əliyev göndərilməyib.
Uzun fasilədən sonra ilk dəfə əlavə köməkçi-hakimlərin xidmətindən istifadəyə icazə verilib. Amma bu, FİFA referisi Əliyar Ağayevin idarə edəcəyi "İnter" - "Qarabağ" matçında yox, paytaxt derbisində tətbiq olunacaq:
29 oktyabr (çərşənbə)
29 oktyabr (çərşənbə)
"Sumqayıt” – "Xəzər Lənkəran”
Hakimlər: Rəhim Həsənov, Azər Əsgərov, Coşqun Həsənov, Nail Nağıyev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Hakim-inspektor: Kərim Ağayev
"Kapital Bank Arena”, 16:00
"İnter” – "Qarabağ”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Ramil Əhmədov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Gülağa Cabarov
"İnter Arena”, 18:00
"Araz Naxçıvan” – "Qəbələ”
Hakimlər: Elvin Əsgərov, Knyaz Əmiraslanov, Namiq Hüseynov, Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Abbas Hüseynov
Hakim-inspektor: Əhmədağa Cabbarov
Naxçıvan Muxtar Respublika stadionu, 14:00
"Bakı” – "Neftçi”
Hakimlər: Ramil Diniyev, Mübariz Haşımov, Mehman Mahmudov, Fərid Məmmədov
Əlavə köməkçi hakimlər: İnqilab Məmmədov, Ömər Paşayev
AFFA nümayəndəsi: Ramiz Abdullayev
Hakim-inspektor: Murad Məmmədov
"Bakı” FK-nın təlim-məşq bazasının stadionu, 14:00
AZAL – "Simurq”
Hakimlər: Fariz Yusifov, Yaşar Abbasov, Nahid Əliyev, Xəlil Hüseynli
AFFA nümayəndəsi: Sakin Məmmədzadə
Hakim-inspektor: Füzuli Nəcəfov.