Bakının
"İnter” klubu ardıcıl 3 oyunda heç-heçə etməklə diqət mərkəzinə düşüb.
Sportnet.az-ın Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən məlumatına
görə, bu "İnter”in tarixində ilk belə haldır.
Topaz Premyer
Liqasının VIII turunda "Simurq”, IX turunda "Neftçi” ilə 0:0 hesablı heç-heçə
edən paytaxt təmsilçisi X turda da "Qarabağ”la matçdan qolsuz "sülh”lə ayrılıb.Ardıcıl 3 görüşdə qol vurmadan 1 xal
qazanmaq "İnter” tarixinə bir ilk yazıb.
Lakin ardıcıl üç 0:0-a
imza atmaq Azərbaycanda görünməmiş hadisə deyil. Sonuncu belə hal təxminən
yarım il əvvəl qeydə alınmışdı. "Rəvan”, "Simurq” və "Neftçi” ilə görüşlərdə 1
xal qazanan AZAL nə qol vurmuşdu, nə də buraxmışdı.Buna ötən mövsümün sonunda –
32-34-cü turlarda təsadüf olunmuşdu.
Ümumiyyətlə isə "İnter”dən əvvəl 11 dəfə bir komanda ardıcıl üç dəfə 0:0 hesabı ilə kifayətlənib. 0:0-lar üzrə rekordlar digər paytaxt klubları AZAL (2005/06, 2006/07, 2013/14) və "Neftçi”yə (1994/95, 2008/09, 2009/10) məxsusdur. Onların hərəsi 3 belə seriyaya malikdir. "Qarabağ” (1997/98, 2009/10) iki, "Karvan” (2009/10), "Turan” (1996/97) və "Xəzri” (1994/95) hərəyə 1 dəfə qolsuz oyunların sıralamasını 3-ə çatdırıb. Lakin indiyədək 4-ə çatan olmayıb ki, seriyası davam edən "İnter” bu görünməmiş nəticəni gerçəkləşdirə bilər.
"İnter”in ardıcıl heç-heçə seriyası isə 4-ə çatıb. Belə ki, qolsuz başa çatan 3 görüşdən öncə bakılılar AZAL-la 1:1 hesabı ilə ayrılmışdı. Heç-heçə seriyalarında Azərbaycan çempionatlarının rekordu isə 5-ə bərbərdir. "Neftçi” 1993/94 və 2010/11, "Qarabağ” 1999/2000, "Kəpəz” 2010/11 mövsümlərində 5 ardıcıl qarşılaşmada 1 xal əldə edib. "İnter” 5 dəfə qeydə alınan rekordu təkrarlamaq üçün 1 heç-heçə etməlidir.