
"Mən şəxsi
həyatımı öz arzularıma qurban vermişəm”. Sportnet.az-ın İspaniya mətbuatına
istinadən məlumatına görə, bu sözləri Azərbaycanın qızlardan ibarət millisinin baş məşqçisi Patrisiya Qonzales
deyib.
İspaniyalı
xanım hazırki işindən çox razı olduğunu qeyd edib. O bildirib: "Mən
Azərbaycanda işlədiyim kimi İspaniyada işləyə bilmərəm. İspaniyada 3 komanda
ilə həftə ərzində çalışırsan, aylıq maaşın isə 600 avro etmir. Burada qadın
futboluna diqqət tamam başqadı. Düzdü, mentalitetlə bağlı məsələlər var. Azərbaycanda
qızlar tez ərə gedirlər. Uşaqları olduqdan sonra isə oynamağı dayandırırlar”.
Qeyd edək ki, Patrisiya Qonzales qızlardan ibarət U-19 və U-21 millimizin baş məşqçisidir.