"Qarabağ” daha bir futbolçusu ilə müqavilənin
müddətini uzadıb. Bu haqda klubun direktoru Əmrah Çəlikəl
bildirib.
Onun sözlərinə görə, braziliyalı
yarımmüdafiəçiləri Riçard Almeyda ilə daha üç il müddətinə müqavilə
bağlayıblar. Beləliklə, dünən rəsmiləşən yeni müqaviləyə əsasən, Almeyda
2018-ci ilə qədər "Qarabağ”a məxsus olacaq.
Qeyd edək ki, Almeydanın "Qarabağ”la müqaviləsi 2015-ci ilin yayında başa çatırdı. (Qol.az)