Bu
gün Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Partizan”ı qəbul edəcək "Beşiktaş”a
UEFA-dan xəbərdarlıq olunub. Sportnet.az-ın məlumatına görə, Türk klubu həmçinin
rəqib komanda tərəfindən də təhdidlə üzləşib.
Atatürk
Olimpiya Stadionunda "Partizan”ı qəbul edəcək "Beşiktaş”a UEFA tərəfindən Belqradda
oynanan matç xatırlanaraq, İstanbulda buna bənzər hadisənin baş verməməsi üçün maksimum
dərəcədə diqqətli olmaları istənilib. Oyuna Kosovanın Albaniya torpaqlarına
daxil edilməsini təmsil edən bayrakların gətirilməsi barədə xüsusi xəbərdarlıq
edilib.
UEFA
tərəfindən edilən xəbərdarlıqdan sonra bu dəfə "Partizan” klubu təhdidvari
qərar qəbul edib. Serbiyalı rəsmilər özlərinə qarşı hər hansı ciddi reaksiya görəcəkləri
təqdirdə meydana çıxmama və ya meydandan çıxmaq kimi iddialı açıqlamalar
veriblər. Bundan sonra UEFA "Beşiktaş” rəhbərliyindən ən üst səviyyədə
təhlükəsizlik tədbirləri görülməsini isteyib.
Qeyd edək ki, "Beşiktaş” – "Partizan” matçı bu gün Bakı vaxtı ilə saat 22:00–da başlayacaq.