
Bu gün Avropa Liqasında
qrup mərhələsi çərçivəsində Tofiq Bəhramov adına Respublika Stadionunda
"Dnepr" klubunu qəbul
edən "Qarabağ” məğlub
olub. Sportnet.az-ın məlumatına görə, oyundan sonra jurnalistlər qarşısına ilk olaraq Muarem Muarem çıxıb.
Futbolçu oyuna yaxşı başladıqlarını lakin məğlub olduqlarını bildirib: "Bu gün oyuna çox yaxşı başladıq. Bəlkə də ən yaxşı oynadığımız vaxt qol buraxdıq. Sonra Leroyun gözəl qolu ilə hesabı bərabərləşdirdik. İkinci hissəyə pis başladıq və nəticədə məğlub olduq. Qarşıda iki oyunumuz var. Çalışıb əvəzini çıxacağıq.”
Qeyd edək ki, "Qarabağ" - "Dnepr" oyunu 1:2 hesabı ilə Ukraynalıların xeyrinə başa çatıb.