
Dünən "Sumqayıt" və "Qəbələ" klubları arasında
keçirilən yoxlama oyununda (1:2) xoşagəlməz hal yaşanmışdı. Sportnet.az-ın məlumatına görə, qarşılaşmanın 40-cı dəqiqəsində
stadionda olan bir azarkeş tərəfindən "Qəbələ"nin qara dərili
futbolçusu Ekiqo Ehiosuna qarşı təhqiredici ifadələr səsləndirilib.
"Sumqayıt" rəsmi saytında məsələ ilə bağlı bəyanat yayıb:
"Sumqayıt" Futbol Klubu olaraq, bu cür halları pisləyir, hadisənin
araşdırılması yönündə işləri davam etdiririk. Güman olunur ki, bu şüar meydanda əyləşən
bir azyaşlı tərəfindən səsləndirilib.
Sumqayıt
futbolsevərlər şəhəridir, fanatlarımız bu günə qədər daim istənilən rəqibə və
futbolçuya hörmətlə yanaşıb. "Sumqayıt" Futbol Klubu belə hərəkətin
yolverilməz olduğunu açıqlayır".
Qeyd edək ki, həmin hadisədən bir qədər sonra, daha dəqiq fasilə zamanı klubun rəsmi fan-klubu adıçəkilən futbolçunu alqış sədaları ilə yanlarına çağıraraq ona təskinlik veriblər.