"Qarabağ”ın
Avropa Liqasındakı rəqibi İtaliyanın "İnter” klubunda baş məşqçi problemi davam
etməkdədi. Sportnet.az-ın məlumatına görə, rəhbərlik Valter Matsariyə son şans
verib.
A
seriyasında 9-cu pillədə qərarlaşan "İnter”in, başda prezident Erik Tohir
olmaqla azarkeşləri də komandanın aldığı nəticələrdən narazıdırlar. İtaliya mətbuatında
yayılan xəbərlərə görə, Erik Tohirin səbri artıq tükənib. O, Matsarinin
qarşısına "Milan” və "Udineze” ilə oyunlarda 6 xal yığmağı şərt qoyub.
Bu
isə Milan derbisində "İnter”in qələbədən başqa istənilən nəticəni qazanacağı təqdirdə Matsarinin qovulması
ilə nəticələnəcəyi deməkdir.
Verilən məlumatlara görə, komandanın baş məşqçi postuna Roberto Mançini, Alberto Dzakkeroni, Klarens Zedorf, Leonardo, Valter Dzenqa, Sinişa Mihayloviç və Stefano Vekki namizəd qismində göstərilir.