"Araz Naxçıvan” klubu 11 noyabr 2014-cü il tarixli 1/40 saylı
məktubla Peşəkar Futbol Liqasına müraciət edərək heç bir əsas olmadan
fəaliyyətini dayandırması və növbəti turdan etibarən Topaz Premyer Liqasında
çıxışını davam etdirməyəcəyini bildirib. Sportnet.az-ın məlumatına görə, PFL-in klubun
fəaliyyətini davam etdirməsi üçün klub rəhbərliyi, Naxçıvan MR İdman Nazirliyi
ilə dəfələrlə danışıqlar aparması və istənilən köməkliyi təklif etməsinə
baxmayaraq, qarşı tərəf bütün təklifləri mənfi cavablandırıb.
Bundan sonra PFL yuxarıda göstərilmiş məsələ ilə bağlı qərar qəbul etməsi
üçün İntizam Komitəsinə müraciət edib. İntizam Komitəsi 17 noyabr 2014-cü il
tarixində iclas keçirib və klubun yarışlardan kənarlaşdırılması qərarını qəbul
edib.
Yuxarıda göstərilənləri və klubun PFL-ə ünvanladığı məktubu
əsas tutaraq PFL prezidenti Ramin Musayev "Araz Naxçıvan” klubunun 2014/2015 mövsümündə Topaz Premyer Liqası və ölkə kubokundan kənarlaşdırılması barədə əmr verib. Əmrə əsasən, klubun futbolçularına azad agent statusu verilib.
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |