Futbol üzrə Azərbaycan kubokunda dəyişiklik olub. Sportnet.az-ın məlumatına görə, İntizam Komitəsinin "Araz Naxçıvan” klubunu çempionatdan və kubokdan uzaqlaşdırması ölkə kubokunun 1/8 finalında onların rəqibi olan "Xəzər Lənkəran”ı növbəti mərhələyə keçirib.
Bu gün keçirilən İntizam Komitəsinin iclasında "Araz Naxçıvan”ın müraciətinə baxan qurum, komandanı bütün yarışlardan uzaqlaşdırıb. Bu isə həm çempionata həm də, ölkə kubokuna təsirsiz ötüşməyib. Belə ki, Azərbaycan kubokunun 1/8 finalında "Xəzər Lənkaran”la qarşılaşmalı olan "Araz Naxçıvan” klubu yarışlarda iştirakının dayandırılması səbəbindən, Lənkəran təmsilçisi avtomatik olaraq novbəti mərhələyə vəsiqə qazanmış olur.
Qeyd edək ki, ¼ finalda "Xəzər Lənkəran”ın qəribi 1/8 final mərhələsinin başa çatmasından sonra bilinəcək.