Topaz Premyer Liqasının XIII turunda"Xəzər
Lənkəran"la "Neftçi" klublarının əsas və əvəzedici
komandalarıarasında keçiriləcək oyunların stadionları müəyyənləşib. Сənub
klubu əzəli rəqibini noyabrın 24-də Bakının Mərdəkan qəsəbəsindəki "Dalğa
Arena"da qəbul edəcək.
Əvəzedici heyətlər arasındakı görüş isə noyabrın 23-də "Bayıl
Arena"da təşkil olunacaq.
Qeyd edək ki, "Xəzər Lənkəran"ın ev oyunlarını Bakıda keçirməsinə
səbəb Lənkəran şəhər mərkəzi stadionunun ot örtüyündə təmir işlərinin
aparılmasıdır. Cənub klubu daha öncə "Neftçi"yə ev sahibi olmağı və
görüşüpaytaxt klubunun sifariş etdiyi "Bakcell Arena"da
keçirməyitəklif edib. Flaqman rəhbərliyi isə İsmət Qayıbov adına
Bakıxanov qəsəbə stadionunu prinsipial rəqibinin sərəncamına verməyə hazır
olduqlarını bildirib.Amma bu zamannominal meydan sahibi qismində
"Xəzər Lənkəran"ın çıxış etməsi şərti irəli sürülüb. Lənkəranlılar bu
şərti qəbul etməyiblər. (Report.az)
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |