Topaz Premyer Liqasının XII turunda səfərdə "İnter”lə qarşılaşacaq "Xəzər Lənkəran” növbəti məşqini keçirib. Komanda ötən gün saat 17:00-da "Dalğa Arena” stadionunda məşqə çıxıb.
Alfred Sanko və Ağabala Ramazanov fərdi məşqlə kifayətlənib. İsinmə
hərəkətlərinə başlayan, ardınca müxtəlif taktiki və toplu çalışmalarla davam
edən hazırlıq prossesi saatyarım sürüb.
Daha sonra cənublular tam heyətdə otelə qayıdaraq, oyunöncəsi son məşqə qədər
qapanmış rejimə keçib.
Qeyd edək ki, "Xəzər Lənkəran”ın məşqini klub prezidenti Mais Mənsimov və
klubun bütün idarə heyəti izləyib. (12cioyuncu.info)