
Topaz Premyer Liqasının XII turunda AZAL "Qəbələ”ni qəbul edib. Sportnet.az-ın məluamtına
görə, matç 3:3 hesabı ilə başa çatdı.
AZAL klubunun baş məşqçisi Tərlan Əhmədov matçdan sonra oyun haqda fikirlərini
bölüşüb: "Çox mübarizəli bir oyun
oldu. Çalışdıq ki, rəqibə ilk dəqiqələrdən imkan verməyək. İki xal
itirdiyimizə görə təəssüflənirəm. Sanki, stadion lənətlənib. 21 dekabr 2013-cü
ildən bəri öz meydançamızdaqələbə qazana bilmirik. Üstün olduğumuz
oyunların son dəqiqələrində qapımızda qol görüb, xallar itiririk. Hərdən məndə
futbola qarşı antipatiya yaranır".