Bu gün Premyer Liqanın XII turu çərçivəsində "İnter”
"Xəzər Lənkəran”ı qəbul edib.Sportnet.az-ın məlumatına görə, paytaxt təmsilçisi qələbə qazandığı görüşdə daha bir qalmaqal yaşanıb.
Belə ki, matçın
final fitindən sonra "İnter”in baş məşqçisi Kaxaber Sxadadze rəqib komandaya
qarşı qeyri-etik hərəkəti ilə yadda qalıb. Onun əli ilə göstərdiyi hərəkət "Xəzər
Lənkəran” tərəfinin ciddi narazıçılığı ilə qarşılanıb. Lənkəranlılar bu
hərəkətə öz etirazlarını bildiriblər.
Qeyd edək ki, "İnter”- "Xəzər Lənkəran” matçı meydan sahiblərinin qələbəsi ilə başa çatıb – 3:1.