Topaz Premyer Liqasının XII turu çərçivəsində "Xəzər Lənkəran” paytaxta məğlubiyyətlə üzləşib. Sportnet.az-ın məlumatına görə, cənub klubu səfərdə "İnter”ə 1-3 hesabı ilə
uduzub.
Oyun bitəndən sonra komandanın baş məşqçisi Oğuz Çətin fikirlərinio bildirib: "Oyuna pis başladıq. Çox asan qollar buraxdıq."İnter" kimi güclü komandaya qarşı oyunda 2-0 geriyə düşmək və sonradan oyun qurmaq çox çətindi. Rauf Əliyevin zədələnməsi bizim üçün yaxşı olmadı. Qol epizodlarından istifadə edə bilmədiyimizə görə məyusam. Bu oyuna qədər hakimlikdən danışmamışam. İndi isə deməliyəm ki, hakimlər çox kobud səhvlərə yol verdilər. Rəqib komandanın qapıçısı cərimə meydançası kənarında əllə oynamışdı və qırmızı vərəqə ilə cəzalanmalı idi. Rəqib komandanın baş məşqçisinin etik normalardan kənar hərəkəti də çox üzücü bir haldır”.