Dünən Premyer Liqanın XII turu çərçivəsində keçirilən "İnter” – "Xəzər Lənkəran”
matçından sonra paytaxt təmsilçisinin baş məşqçisi Kaxaber Sxadaze rəqib
komandaya qarşı qeyri-etik hərəkəti ilə yadda qalmışdı. Sportnet.az-ın məlumatına
görə, klubun rəsmi saytında "İnter” rəhbərliyi hadisə ilə bağlı bəyanat yayıb.
"İnter” rəhbərliyi bir sıra Kütləvi İnformasiya Vasitələrinin Premyer
Liqanın XII turu çərçivəsində keçirilən "İnter”-Xəzər-Lənkəran” matçından sonra
baş vermiş hadisəyə münasibətini birmənalı qarşılamadığını bildirib.
Klub
rəhbərliyi tənqidə açıq olduğunu vurğulamaqla yanaşı bildirib ki, "İnter”
komandasının baş məşqçisi Kaxaber Sxadadze barədə futbol ictmaiyyətinə təqdim
olunan materiallar obyektiv dəlil və faktlara əsaslanmalıdır. Müvafiq futbol
qurumlarının hüquqi qiymət verməsinədək "İnter”-"Xəzər-Lənkəran”
matçından sonra baş vermiş hadisə ilə bağlı məlumatlara yer ayrılmasını tələskənlik
kimi qiymətləndirilib.
Həmçinin bəyanatda komandanın baş məşqçisinin oyunsonrası mətbuat konfransında "Xəzər-Lənkəran" komandasına böyük hörmətlə yanaşdığını və oyundan sonra rəqibə qarşı hər hansı bir hörmətsizliyə yol vermədiyini açıqladığını vurğulanıb. Bundan əlavə bəyanatda klub rəhbərliyi bütün klublara hörmətlə yanaşdığını və Sxadadze haqqında faktlara söykənməyən məlumatların informasiya məkanınında yayılmasını düzgün addım saymadığını qeyd edib.