
"Neftçi” klubunun
və Azərbaycan milli komandasının qapıçısı Emil Balayev Almaniyaya yollanıb.
Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Bundesliqa klublarından olan "Ayntraxt”
(Frankfurt) futbolçunu baxışda iştirak etmək üçün bu ölkəyə dəvət edib.
Bu barədə "Neftçi” klubuna rəsmi məktub göndərilib. Emil Balayev noyabrın 26-dan
dekabrın 12-dək "Ayntraxt”ın düşərgəsində baxışda olacaq. Baxışın nəticələrinə
əsasən Almaniya klubu qapıçı ilə bağlı qərar verəcək.