Avropa Liqasının qrup mərhələsinin son turunda "Qarabağ”la qarşılaşacaq
İtaliya ”İnter”i heyətini gücləndirir. Sportnet.az-ın məlumatına görə, rəqib komandanın
yeni məşqçisi Roberto Mançini klub rəhbərliyindən daha bir futbolçunun
transferini tələb edib.
İngiltərə mətbuatında yer alan xəbərlərə görə, söhbət "Mançester
Yunayted”in hollandiyalı hücumçusu Robin van Persidən gedir. İtalyanlar 30
yaşlı futbolçunu rənglərinə bağlamaq üçün "qırmızı şeytanlar”a 10 milyon
funt-sterlinq ödəməlidilər. Buna səbəb futbolçu ilə klub arasında müqavilənin
davam etməsidi.
Hətta ingilislər Van Persi ilə müqaviləni uzatmaq üçün ona həftəlik 250 min funt-sterlinq təklif edib.
Transfer reallaşacağı təqdirdə, Van Persi "İnter"in heyətində Avropa Liqasının son oyununda "Qarabağ"la görüş üçün Bakıya gələ bilər.