
Avropa
Liqasının qrup mərhələsində "Qarbabağ”la heç-heçə edən "Sent-Etyen”
komandasının futbolçusu Riki van Volfsvinkel oyun haqda fikirlərini UEFA-nın
rəsmi saytı ilə bölüşüb. Sportnet.az-ın məlumatına görə, oyunda "Sent-Etyen”in
bərabərlik qolunu vuran futbolçu şanslarının çox olduğunu bildirib.
Volfsvinkeloyunda daha çox qol vurmalı olduğunu deyib: "Qarabağ”la oyunda
çox qol vurmalı idik. Şəxsən mən ikinci, hətta üçüncü qolu vurmalı idim. Ancaq
alınmadı. Belə bir qol buraxmalı deyildik. "Qarabağ”ın futbolçusu topu yaxşı
ram etdi, ancaq biz ona bu şansdan istifadə etməyə imkan verməməliydik”.
Futbolçu qrup mərhələsinin
son oyunu barədə də danışıb: "Pley-off mərhələsindən kənarda qalmağımız çox pis
olar. Ukraynaya qələbə üçün gedəcəyik”.
Qeyd edək ki, "Sent-Etyen" Avropa Liqasının qrup mərhələsində son matçını səfərdə "Dnepr"ə qarşı keçirəcək.