
"Neftçi" klubunun rəhbərliyi 3 futbolçusunu cəzalandırıb. Bu barədə komandanın baş məşqçisi Arif Əsədov məlumat verib.
44 yaşlı mütəxəssis bildirib ki,Araz
Abdullayev, Elvin Yunuszadə və Elnur Allahverdiyevə pul cəriməsi kəsilib. Əsədovun
sözlərinə görə, səbəb həmin oyunçuların nizam-intizam qaydalarını
pozmalarıolub: "Abdullayev və Yunuszadə məşqə gecikib. Allahverdiyev
isə "Xəzər Lənkəran" komandası ilə noyabrın 24-də keçirdiyimiz matçda
lüzumsuz yerə qırmızı vərəqə alıb. Onları klubun daxili nizam-intizam
qaydalarına uyğun olaraq, cərimələmişik. Amma transferə çıxarılmaları və
yaəvəzedici heyətə göndərilmələrindən söhbət gedə bilməz".
Baş məşqçi "Qəbələ" ilə noyabrın 29-da
keçirəcəkləri XV tur matçında yerli futbolçu sarıdan problem yaşayacaqlarını
vurğulayıb. O deyib ki, Allahverdiyevdənəlavə, Mirhüseyn Seyidov da sarı
vərəqə limitini aşdığından, meydana çıxa bilməyəcək. Üstəlik, həm ötən tur
qırmızı vərəqə alması, həm də hazırda Almaniyanın "Ayntraxt"
(Frankfurt)klubunda baxışda olması səbəbindən, qapını serbiyalıSaşa
Stamenkoviç qoruyacaq. Bu üzdən, meydan oyunçularından 6-sı yerli olmalıdır.
LakinƏsədov bu problemi həll etmək üçün əvəzedici heyətdən oyunçu cəlb
etməyəcəklərini bildirib: "Əsas komandamızın üzvləri arasında güvənə
biləcəyim yerli oyunçular var".
Qeyd edək ki, sabah "Bakcell Arena"da keçiriləcək
"Neftçi" - "Qəbələ" matçı saat 17:00-da başlanacaq. (Report.az)