
Topaz Premyer Liqasının XIV turunda "İnter” səfərdə
"Bakı”nı məğlub edib. Sportnet.az-ın məlumatına görə, oyundan
sonra "İnter”in məşqçisi Roman Cəfərov oyun haqda fikirl’rini bildirib/
Cəfərov qələbə münasibəti ilə komandasını təbrik edib: ”Oyunumuz
alınmadı. Buna baxmayaraq, qələbə qazandıq. Sürətli hücumlar az idi. Biz bunu
analiz edəcəyik. Problemləri aradan qaldırmağa çalışacağıq. Hər şeyə rəğmən
komandamızı təbrik edirəm”.
Qeyd edək ki, "Bakı" - "İnter" matçı qonaqların minimal hesablı qələbəsi ilə başa çatıb - 0:1.