Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası
keçirilib. Sportnet.az-ın
məlumatına görə, iclasda əvəzedici heyətlərin çempionatında XIV turun bir neçə
oyunu ilə bağlı müvafiq qərarlar verilib.
Əvəzedici
heyətlərin XIV turunun "Bakı” – "İnter” matçının 90+3-cü dəqiqəsində "İnter”
klubunun 45 №-li futbolçusu İlkin Sadıqov idmançıya yaraşmayan hərəkətə görə
ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb,
klub isə 100 manat cərimə olunub.
Əvəzedici
heyətlərin XIV turunun "Simurq” – "Qarabağ” matçının 81-ci dəqiqəsində
"Qarabağ” klubunun 16 №-li futbolçusu Elçin İsmayılov idmançıya yaraşmayan
hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün o da 1
oyun cəzalanır, klubu isə 100 manat cərimə olunub.
Əvəzedici heyətlərin XIV turunun "Neftçi” – "Qəbələ” matçının 77-ci dəqiqəsində "Qəbələ” klubunun 77 №-li futbolçusu Ehtiram Şahverdiyev hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyun cəzalanıb, klub isə 2000 manat cərimə olunub.