"Neftçi” klubunun qapıçısı Emil Balayev artıq bir neçə gündür Almaniyanın "Ayntraxt” klubunun heyətində baxışdadır. Sportnet.az-ın məlumatına görə, gənc qolkiper bununla bağlı
klubun rəsmi saytına açıqlama verib.
Emil Balayev məşqlərin yüksək səviyyədə keçdiyini bildirib: "Artıq 10 gündür ki, "Ayntraxt”ın düşərgəsində baxışdayam. Məşqlər yüksək səviyyədə keçir. Burada özümü yaxşı tərəfdən göstərməyə çalışıram. Dekabrın 12-dək "Ayntraxt”ın əsas komandası ilə birlikdə hazırlığım davam edəcək. Bundan sonra "Neftçi”nin düşərgəsinə qayıdacağam. Ümid edirəm ki, bəyəniləcəm və karyeramı Bundesliqada davam etdirəcəm”.