
"Bakı”nın
sloveniyalı futbolçusu Yure Travner harda olduğu məlum olub. Sportnet.az-ın İngiltərənin getreading.co.uk saytına istinadən məlumatına görə, futbolçunun Bakıya qayıtmamasına səbəb başqa klubda özünə iş
axtarmasıdır.
Paytaxt
təmsilçisinin yolunu gözlədiyi futbolçu artıq bir müddətdir İngiltərənin "Ridinq”
klubunun düşərgəsində məşq edir. Futbolçu yeni komandasının heyətində bir neçə
yoxlama görüşündə iştirak etməyə də imkan tapıb. Lakin "Bakı” klubu ilə
müqaviləsi olan Travner İngiltərənin 2-ci divizionunda çıxış etmək üçün komandası ilə razılığa gəlməlidir.
"Ridinq”
klubunun prezidenti Naycel Adkins hal-hazırda futbolçu ilə müqavilənin
mümkünsüzlüyünü bildirib: "Travner bizimlə məşq edir və indi yaxşı
vəziyyətdədir. Lakin müqavilə bağlamağımız mümkünsüzdür. Çünki hal-hazırda o,
başqa kluba məxsusdur. Problemin həll ediləcəyi təqdirdə az xərclə komandamıza
qoşula bilər. Ancaq indi bizimlə məşq etməkdə davam edəcək”.
Qeyd edək ki, Yure Travner əvvəllər Şotlandiyanın "Sent-Mirren” və İngiltərənin "Uotford” komandalarının şərəfini qoruyub.